DSSpro - Müasir təşkilatlarda
məlumatların operativ, vahid və effektiv şəkildə çatdırılması korporativ
kommunikasiya və xidmət keyfiyyətinin əsas tərkib hissələrindən biridir. Müxtəlif
filiallarda, ofislərdə, stansiyalarda, xidmət mərkəzlərində və ictimai məkanlarda
yerləşən ekran və məlumat lövhələrinin ayrıca idarə olunması həm əməliyyat
yükünü artırır, həm də məlumatların aktuallığının və düzgünlüyünün təmin edilməsini
çətinləşdirir.
DSSpro - təşkilatların
rəqəmsal məlumat ekranlarını, elektron lövhələrini və informasiya panellərini mərkəzləşdirilmiş
şəkildə idarə etmək üçün hazırlanmış müasir Elektron Məlumatlandırma
Sistemidir. Sistem vahid idarəetmə mərkəzindən bütün monitorların, ekranların,
yayımlanan məzmunların və yayım cədvəllərinin real vaxt rejimində idarə
olunmasını təmin edir.
DSSpro - vasitəsilə
istifadəçilər mətn, şəkil, video, animasiya, xəbər lentləri, elanlar, reklam
materialları, statistik göstəricilər, növbə məlumatları, nəqliyyat məlumatları,
hava proqnozu və digər rəqəmsal məzmunları istənilən sayda ekrana uzaqdan göndərə
və idarə edə bilirlər. Sistem müxtəlif ekran qrupları üçün fərqli məzmunların,
şablonların və yayım ssenarilərinin təyin edilməsinə imkan yaradır.
DSSpro - nun ən mühüm
üstünlüklərindən biri ekranların çoxzonalı (Multi-Zone) idarə olunması
funksiyasıdır. Sistem ekranları istənilən ölçüdə və sayda sahələrə bölməyə
imkan verir. Hər bir zona üçün ayrıca məzmun mənbəyi, dizayn və yayım qaydası
müəyyən edilə bilər. Beləliklə, eyni ekran üzərində eyni vaxtda videoçarxlar, xəbər
lentləri, elanlar, reklam materialları, saat, hava məlumatları, cədvəllər,
qrafiklər, statistik göstəricilər və digər informasiya blokları nümayiş etdirilə
bilir. Bu imkan ekranlardan maksimum səmərəliliklə istifadə etməyə və məlumatların
daha çevik şəkildə təqdim olunmasına şərait yaradır.
Platforma ekranların vəziyyətinin
monitorinqi, məzmun yayımının planlaşdırılması, yayım cədvəllərinin idarə
olunması, fövqəladə məlumatlandırma mesajlarının göndərilməsi və məlumatların
avtomatik yenilənməsi funksiyalarını dəstəkləyir. Bu yanaşma təşkilatın bütün
informasiya kanalları üzərində tam nəzarət yaratmaqla məlumatların operativ, dəqiq
və fasiləsiz şəkildə çatdırılmasını təmin edir.
DSSpro - korporativ
informasiya sistemləri, SCADA sistemləri, ERP, CRM, HRM və digər platformalarla
inteqrasiya olunaraq müxtəlif mənbələrdən məlumatların avtomatik əldə edilməsini
və ekranlarda yayımlanmasını təmin edir. Sistem real vaxt məlumatlarının
vizuallaşdırılması, göstəricilərin nümayiş etdirilməsi və operativ məlumatlandırma
proseslərinin avtomatlaşdırılması üçün geniş imkanlar təqdim edir.
Dashboard, monitorinq paneli və
analitik hesabatlar vasitəsilə administratorlar bütün ekran şəbəkəsini mərkəzləşdirilmiş
şəkildə idarə edə, ekranların aktivlik vəziyyətini izləyə, məzmunların yayım
tarixçəsinə nəzarət edə və bütün informasiya infrastrukturunu vahid
platformadan idarə edə bilirlər.
DSSpro - sadəcə elektron məlumat
lövhəsi sistemi deyil, təşkilatın bütün rəqəmsal ekran, informasiya və məlumatlandırma
infrastrukturunun vahid platformada idarə olunmasını təmin edən yeni nəsil
Digital Signage və Elektron Məlumatlandırma Həllidir.
Ümumi funksinallıqlar
Modul quruluşu:
Üstünlükləri
DSSpro hansı problemləri həll edir?
Demo təqdimat üçün müraciət edin
DSSpro - nun bütün
imkanlarını görün – PULSUZ demo təqdimat sifariş edin. Mütəxəssislərimiz sizin
biznes proseslərinizə uyğun olaraq sistemin necə işlədiyini canlı şəkildə
nümayiş etdirəcəklər.