Müasir təşkilatlarda insan resurslarının effektiv idarə olunması uğurlu biznesin əsas dayaqlarından biridir. İşçi məlumatlarının, təşkilati strukturun, ştat cədvəllərinin, əmək haqqı hesablamalarının, məzuniyyət və davamiyyət proseslərinin müxtəlif sistemlərdə və ya manual şəkildə idarə olunması əməliyyat yükünü artırır, vaxt itkisinə səbəb olur və qərarvermə proseslərini çətinləşdirir.
HRMpro - bütün HR və əmək haqqı
proseslərini vahid rəqəmsal platformada birləşdirərək idarəetməni sadələşdirir,
əməliyyat səmərəliliyini artırır və insan kapitalının daha effektiv idarə
olunmasına imkan yaradır.
HRMpro - insan resurslarının idarə olunması və əmək haqqı proseslərinin tam rəqəmsallaşdırılması üçün hazırlanmış müasir və çevik korporativ platformadır. Sistem müəssisənin bütün HR proseslərini vahid məlumat bazasında birləşdirərək məlumatların operativ idarə olunmasını, avtomatlaşdırılmasını və nəzarətini təmin edir.
HRMpro - vasitəsilə təşkilatlar insan resursları ilə bağlı əməliyyatları sadələşdirir, qərarvermə proseslərini sürətləndirir və idarəetmədə şəffaflığı artırırlar.
HRMpro - sistemi PROSYS MMC tərəfindən 2014-ci ildən hazırlanaraq dövlət və korporativ təşkilatlarda tərbiq edilmiş və uzun ilərdir ki, artıq istifadə edilir. Bununla yanaşı HRMpro sisteminin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən Müəllif hüquqlarına dair Şəhadətnaməsi alınmışdır.
Əsas Funksionallıqlar
Üstünlükləri
Hansı problemləri həll edir?
Niyə HRMpro?
HRMpro - sadəcə insan resursları proqramı deyil, müəssisənin insan kapitalının daha effektiv idarə olunmasını təmin edən korporativ idarəetmə platformasıdır. Sistem təşkilatlara HR proseslərini optimallaşdırmağa, əməliyyat xərclərini azaltmağa və rəqəmsal transformasiya strategiyalarını uğurla həyata keçirməyə imkan verir.
HRMpro ilə insan resurslarınızı daha ağıllı, daha sürətli və daha effektiv idarə edin.4. Demo təqdimat üçün müraciət edin
HRMpro - proqram təminatının funksionallıqları ilə yaxından tanış olmaq, canlı demo təqdimat əldə etmək və təşkilatınıza uyğun həlləri müzakirə etmək üçün bizimlə əlaqə saxlayın.