Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах это Азербайджан !

PMSpro – Elektron Təchizat və Satınalma İdarəetmə Sistemi<o:p></o:p>

PMSpro - müəssisə və təşkilatlarda təchizat fəaliyyətlərinin vahid platforma üzərindən idarə olunmasını təmin edən korporativ informasiya sistemidir. Sistem təchizat planlamasından başlayaraq malların və xidmətlərin təmin edilməsi, müqavilələrin icrasına nəzarət, qəbul əməliyyatları, anbar modulu ilə inteqrasiya olunaraq esabatlılıq proseslərini avtomatlaşdıran təşkilatın resurslarının daha səmərəli idarə olunmasını təmin edir.

Müasir təşkilatlarda material, avadanlıq və digər resurslarla bağlı təchizat proseslərinin effektiv idarə olunması əməliyyat fəaliyyətinin davamlılığı üçün vacib şərtlərdən biridir. Təchizat ehtiyaclarının planlaşdırılması, tələbatların formalaşdırılması, müqavilələrin idarə olunması, malların qəbulu, anbar əməliyyatları və əlaqəli proseslərin müxtəlif sistemlərdə və ya manual qaydada aparılması məlumat itkisinə, gecikmələrə və əlavə əməliyyat xərclərinə səbəb olur.

PMSpro müəssisə və təşkilatlarda təchizat fəaliyyətlərinin vahid platforma üzərindən idarə olunmasını təmin edən korporativ informasiya sistemidir. Sistem təchizat planlamasından başlayaraq malların və xidmətlərin təmin edilməsi, müqavilələrin icrasına nəzarət, qəbul əməliyyatları, anbar modulu ilə inteqrasiya olunaraq hesabatlılıq proseslərini avtomatlaşdıran təşkilatın resurslarının daha səmərəli idarə olunmasını təmin edir.

Təchizat proseslərinin vahid idarə edilməsi

PMSpro təşkilatın bütün struktur bölmələrini vahid informasiya mühitində birləşdirərək təchizatla bağlı məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edir. Sistem vasitəsilə təchizat ehtiyacları planlaşdırılır, tələbatlar formalaşdırılır, aidiyyəti şöbələr arasında elektron məlumat mübadiləsi həyata keçirilir və proseslərin icra vəziyyəti real vaxt rejimində izlənilir.

Təchizat planlaması və tələbatların idarə olunması

Sistem təşkilatın strateji və cari ehtiyaclarına uyğun təchizat planlarının hazırlanmasına dəstək verir. Struktur bölmələr tərəfindən təqdim edilən tələbatlar sistemdə qeydiyyata alınır, təsnifatlaşdırılır və təsdiq mexanizmləri vasitəsilə idarə olunur. Bu yanaşma resurs ehtiyaclarının əvvəlcədən müəyyən edilməsinə və təchizat fəaliyyətlərinin daha səmərəli təşkilinə imkan yaradır.

Müqavilələrin və öhdəliklərin idarə olunması

PMSpro təchizatçılarla bağlanmış müqavilələrin qeydiyyatını, icra vəziyyətinin izlənilməsini və müqavilə öhdəliklərinə nəzarəti təmin edir. Müqavilə müddətləri, çatdırılma şərtləri, maliyyə göstəriciləri və digər vacib məlumatlar vahid bazada saxlanılır və idarə olunur.

Çatdırılma və qəbul proseslərinin avtomatlaşdırılması

Sistem malların və xidmətlərin təhvil alınması ilə bağlı proseslərin elektron şəkildə aparılmasına imkan verir. Çatdırılma vəziyyəti izlənilir, qəbul sənədləri formalaşdırılır və bütün əməliyyatlar üzrə tarixçə saxlanılır. Bu isə təchizat zəncirinin şəffaflığını və nəzarət imkanlarını artırır.

Anbar əməliyyatlarının idarə olunması

PMSpro anbarlara daxil olan və anbarlardan çıxan materialların uçotunu aparmağa, qalıqları izləməyə, mal hərəkətlərinə nəzarət etməyə və ehtiyatların idarə olunmasını optimallaşdırmağa imkan verir. Sistem anbar məlumatlarının operativ əldə olunmasını və dəqiq uçotun aparılmasını təmin edir.

Analitika və hesabatlılıq

Sistem rəhbərlik üçün müxtəlif analitik hesabatlar, statistik göstəricilər və idarəetmə paneli təqdim edir. Təchizat fəaliyyətləri, müqavilələr, çatdırılmalar, anbar qalıqları və digər göstəricilər üzrə operativ məlumatların əldə olunması qərarvermə proseslərini sürətləndirir.

PMSpro-nun üstünlükləri

• Təchizat proseslərinin vahid platformada idarə olunması
• Təchizat planlamasının avtomatlaşdırılması
• Tələbatların və sifarişlərin operativ izlənilməsi
• Müqavilələrin və öhdəliklərin effektiv idarə olunması
• Çatdırılma və qəbul proseslərinə nəzarət
• Anbar fəaliyyətlərinin inteqrasiyalı idarə olunması
• Elektron iş axınları və təsdiq mexanizmləri
• Şəffaflıq və audit imkanları
• Operativ hesabatlar və analitik məlumatlar
• ERP, Maliyyə, Anbar və digər korporativ sistemlərlə inteqrasiya

PMSpro - təşkilatların təchizat fəaliyyətlərini rəqəmsallaşdıraraq resursların daha səmərəli istifadəsinə, əməliyyat xərclərinin optimallaşdırılmasına və idarəetmə qərarlarının daha çevik qəbul edilməsinə imkan yaradan müasir təchizat idarəetmə platformasıdır.

PMSpro –
Elektron Təchizat və Satınalma İdarəetmə Sistemi<o:p></o:p>