SCDpro - müasir sənaye
və infrastruktur obyektlərində mühəndis avadanlıqlarının fasiləsiz, təhlükəsiz
və effektiv idarə olunması kritik əhəmiyyət daşıyır. Müxtəlif texniki sistemlərin
ayrı-ayrı platformalarda idarə olunması operativ nəzarəti çətinləşdirir, riskləri
artırır və qəza hallarına operativ reaksiya imkanlarını məhdudlaşdırır.
SCDpro - PROSYS MMC tərəfindən
hazırlanmış müasir SCADA (Supervisory Control and Data Acquisition) platformasıdır.
Sistem metro, nəqliyyat, enerji, su təchizatı, ventilyasiya, neft-qaz və digər
sənaye infrastrukturlarında istifadə olunan mühəndis avadanlıqlarının vahid
dispetçer mərkəzindən real vaxt rejimində monitorinqini, idarə olunmasını və
analizini təmin edir.
SCDpro - vasitəsilə
operatorlar eskalatorlar, liftlər, ventilyasiya sistemləri, nasos stansiyaları,
su qurğuları, elektrik avadanlıqları və digər texniki infrastruktur elementlərinin
cari vəziyyətini mərkəzləşdirilmiş şəkildə izləyə bilir. Sistem avadanlıqlardan
daxil olan məlumatları real vaxt rejimində toplayır, emal edir və vizual olaraq
təqdim edərək operativ qərarverməni dəstəkləyir.
Platforma hadisə və qəza
bildirişləri, xəbərdarlıq mexanizmləri, alarm idarəetməsi, telemetriya məlumatlarının
toplanması, statistik analizlər, trend qrafikləri və hesabatlar vasitəsilə
texniki sistemlər üzərində tam nəzarət yaradır. Operatorlar avadanlıqların vəziyyətində
baş verən dəyişiklikləri dərhal izləyə, uzaqdan idarəetmə əmrləri göndərə və
potensial nasazlıqların qarşısını vaxtında ala bilirlər.
SCDpro - yüksək
etibarlılıq, fasiləsiz iş rejimi və genişlənə bilən arxitektura əsasında
qurulmuşdur. Sistem PLC, RTU, IoT cihazları və müxtəlif sənaye protokolları ilə
inteqrasiya olunaraq müxtəlif istehsal və infrastruktur mühitlərinə
uyğunlaşdırıla bilir.
Dashboard, xəritə əsaslı
monitorinq, qrafik sxemlər, analitik panellər və real vaxt məlumat
vizuallaşdırma imkanları sayəsində SCDpro rəhbərlik və operator heyəti üçün
texniki sistemlərin vəziyyətini operativ şəkildə izləməyə və idarə etməyə imkan
yaradır.
SCDpro - sadəcə SCADA sistemi
deyil, mühəndis infrastrukturlarının monitorinqi, idarə olunması, təhlükəsizliyi
və əməliyyat səmərəliliyinin artırılması üçün hazırlanmış yeni nəsil dispetçer
və sənaye avtomatlaşdırma platformasıdır.
SCDpro-nun tətbiq oluna biləcəyi sahələr
SCDpro ilə bütün mühəndis
avadanlıqlarınızı vahid mərkəzdən izləyin, idarə edin və tam nəzarət altında
saxlayın.
Ümumi funksionallıqlar
Eskalatorların idarəsi
Su nasosları və qurğular
Ventilyatorlar və damferlər
Hesabat və analitika
Üstünlükləri
Hansı problemləri həll edir?
Demo təqdimat üçün müraciət edin
Canlı demo təqdimatı üçün bizimlə əlaqə saxlayın –
avadanlıqlarınızın ağıllı idarəetməsini öz gözlərinizlə görün.