ERSpro - Müasir
dövrdə konfrans, forum, sərgi, seminar, təlim və digər kütləvi tədbirlərin
effektiv təşkili yalnız iştirakçı qeydiyyatı ilə məhdudlaşmır. Tədbirin
planlaşdırılması, iştirakçıların idarə olunması, dəvət prosesləri,
akkreditasiya, giriş nəzarəti və hesabatlılıq kimi proseslərin operativ və
koordinasiyalı şəkildə həyata keçirilməsi tədbirin uğurunu müəyyən edən əsas
amillərdəndir.
ERSpro - tədbirlərin
planlaşdırılması, iştirakçı qeydiyyatı, akkreditasiya və idarə olunması proseslərini
tam rəqəmsallaşdıran müasir platformadır. Sistem konqreslər, konfranslar,
forumlar, sərgilər, seminarlar, təlimlər, korporativ tədbirlər və digər kütləvi
tədbirlərin vahid platforma üzərindən idarə edilməsinə imkan yaradır.
ERSpro - vasitəsilə tədbir
təşkilatçıları onlayn qeydiyyat formaları yarada, iştirakçı müraciətlərini qəbul
edə, təsdiq və dəvət proseslərini idarə edə, QR kod və elektron bilet mexanizmləri
ilə giriş nəzarətini həyata keçirə bilirlər. Sistem iştirakçı məlumatlarının mərkəzləşdirilmiş
şəkildə idarə olunmasını, tədbir proqramlarının paylaşılmasını və tədbir üzrə
bütün proseslərin real vaxt rejimində izlənilməsini təmin edir.
Platforma iştirakçıların
qeydiyyat vəziyyəti, iştirak statistikaları, tədbir sessiyaları, doluluq göstəriciləri
və digər vacib məlumatlar üzrə operativ monitorinq və analitika imkanları təqdim
edir. Dashboard və hesabat modulları vasitəsilə təşkilatçılar tədbirin
gedişatını real vaxt rejimində izləyə və operativ qərarlar qəbul edə bilirlər.
ERSpro - həmçinin SMS,
e-mail və push bildirişləri, elektron sertifikatların təqdim edilməsi,
iştirakçı siyahılarının idarə olunması, tədbir materiallarının paylaşılması və
çoxsəviyyəli istifadəçi səlahiyyətlərinin idarə olunmasını dəstəkləyir. Sistem
digər korporativ platformalarla inteqrasiya olunaraq tədbirlərin daha effektiv
və mərkəzləşdirilmiş şəkildə idarə edilməsinə imkan yaradır.
ERSpro - tədbirlərin sadəcə qeydiyyat sistemi deyil, tədbirin planlaşdırılmasından yekun hesabatların hazırlanmasına qədər bütün mərhələləri əhatə edən yeni nəsil Tədbirlərin Elektron İdarəedilməsi Platformasıdır.
ERSpro - proqram təminatının imkanlarını canlı şəkildə görmək və təşkilatınıza uyğun funksionallıqları daha ətraflı tanımaq üçün demo təqdimata müraciət edin.