Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах это Азербайджан !
2024 | "PROSYS MMC" 12-14 mart ölkəmizdə keçirilən Baku Water Week Sərgisində iştirak etdi
Prosys 10.06.2024

2024 | "PROSYS MMC" 12-14 mart ölkəmizdə keçirilən Baku Water Week Sərgisində iştirak etdi

12 Martda Bakı Ekspo Mərkəzində Beynəlxalq Su Təsərrüfatı sərgisinin açılışı baş tutdu. Bu tədbir, Bakı Su Həftəsi çərçivəsində ilk dəfə təşkil edildi. Təşkilatçılar "Caspian Event Organisers" şirkəti, onların tərəfdaşları "Caspian Event Management" və "ICA Events" şirkətləri idi. Sərgi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəkləndi.


Bakı Su Həftəsinin təşkil edilməsinin əsas məqsədi, Azərbaycanda su təsərrüfatı sahəsinin inkişaf etdirilməsi, yeni texnologiyaların, avadanlıqların və investisiyaların ölkəyə cəlb edilməsi idi. Həmçinin, Qarabağın bərpası və yenidən qurulması istiqamətində içməli su təminatının gücləndirilməsi, bu sahədəki vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsi məqsəd qoyulmuşdu.


PROSYS MMC olaraq, 12-14 Mart tarixlərində keçirilən sərgidə öz proqram təminatı məhsullarımızla iştirak etdik.



Etiketlər

susergisi prosysaz